Bu gün Milli Məclisin (MM) ilk iclası-yaz sessiyasının açılışı olacaq.

XALQ.AZ xəbər verir ki, iclasdan-açılışdan öncə hakim Yeni Azərbaycan Partiyasını (YAP) parlamentdə təmsil edən deputat korpusunun və müstəqillərinin ayrılıqda qapalı toplantıları keçiriləcək.

Hər iki toplantı qısa, təxminən bir saat çəkəcək.

Toplantılar həm tanışlıq xarakterlidir, həm də MM-in rəhbərliyinə namizədliyi irəli sürüləcək şəxslərin bir daha dəqiqləşdirilməsi ilə bağlıdır.

Hər iki toplantı saat 09:00-da başlayacaq.

YAP-çılar YAP-da, müstəqillər MM-də bir araya gələcəklər.

Saat 10:00-dan isə millət vəkilləri MM-in iclas zalında olmalıdırlar.

Qeyd edək ki, YAP 70, müstəqillər 39, digər partiyalar 12 millət vəkili ilə təmsil olunur.

Onu da qeyd edək ki, MM-in rəhbərliyinə namizədliyi irəli sürülməsi gözlənilən, təxmin edən millət vəkilləri bunlardır: Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov, Sahibə Qafarova, Cavanşir Feyziyev və Azay Quliyev.

MM-in açılış sessiyasında-ilk iclasında ölkə Prezidenti İlham Əliyevin də iştirakı və çıxışı gözlənilir.


media-728x90banner

Bənzər xəbərlər