Deputatların 8 Mart TƏBRİKLƏRİ
Millət vəkilləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklər paylaşıb.
XALQ.AZ həmin təbrikləri təqdim edir:
*****
Rəşad Mahudov Millət vəkili
Biz Azərbaycan sözünü anamızdan eşitdik. Bizə Azərbaycanı qorumağı, yaşatmağı, onu inkişaf etdirməyi, uğrunda, şəhid, qazi olmağı anamız öyrətdi. Elə ona görə də biz ölkəmizə Ana-Vətən deyirik. Vətəni bizə ana edən müqəddəs qadınlarımız, əziz şəhid, qazi anaları, xanımları, bayramınız mübarək. Hüzurunuzda əsgər kimi dayanmaq şərəfdir!
*****
Nəsib Məhəməliyev Millət vəkili
Əziz xanımlar.
Hər birinizi, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, doğmalarınızla birlikdə uzun, mənalı ömür, möhkəm can sağlığı, rifah, qadın xoşbəxtliyi arzulayıram.
Xoşbəxt olun,üzünüz həmişə gülsün!
Bayramınzı mübarək!
*****
Fariz Ismayılzadə Millət vəkili
Başda Azərbaycan Respublikasının vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva olmaqla, bütün Azərbaycan xanımlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm!
Azərbaycan qadınları tarixən dövlətçiliyimizin möhkəmlənməsində, cəmiyyətimizin inkişafında və milli dəyərlərimizin qorunmasında mühüm rol oynamışdır. Bu gün də onların fədakarlığı, zəhməti və əzmkarlığı ölkəmizin daha da güclənməsinə töhfə verməkdədir.
Həmçinin, Milli Məclisin sədri Sahibə xanım Qafarovanı və həmkar xanım deputatları səmimi qəlbdən təbrik edir, daim uğurlar və sağlamlıq arzulayıram!
Bayramınız mübarək!
*****
Azər Əmiraslanov Millət vəkili
Əziz xanımlar,
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Sizlərə xoş günlər, sevinc dolu həyat, sağlam ömür, səadət arzulayıram.
Bayramınız mübarək!
******
Göydəniz Qəhramanov Millət vəkili
Əziz xanımlar,
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, həyatınızda xoş və sağlam günlər, bol uğur və nəaliyyətlər arzulayıram. Daim sevgi içində yaşayasınız!
Bayramınız mübarək!
*****
Müşfiq Məmmədli Millət vəkili
Əziz xanımlar, Sizi 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və səadət dolu həyat arzulayıram. Bayramınız mübarək!
****
Vüqar İskəndərov Millət vəkili
Azərbaycan qadınlarının səsi dünyanın hər yerindən eşidilir. Biz bunu Azərbaycan Respublikasının birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın timsalında daha aydın görürük.
Bayramınız mübarək!
*****
Vasif Qafarov Millət vəkili
Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını təbrik edirəm, onlara sağlamlıq, sevgi, xoşbəxtlik, uğur və nailiyyətlərlə dolu həyat arzulayıram
****
Tahir Mirkişili Millət vəkili
Əziz xanımlar!
Sizi 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edirəm! Yaşadığımız bu mürəkkəb dünyada sizə daim xoş anlar, əmin-amanlıq, sevgi və hüzur dolu həyat, sabaha olan güclü inam arzu edirəm!
Bayramınız mübarək! Hər gününüz bir bayram olsun!
****
İlham Məmmədov Millət vəkilləri
Hörmətli Mehriban xanım, Şəhid ananları və xanımları başda olmaqla bütün qadınlarımızı “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə ürəkdən təbrik edirəm.
Qadın ilk növbədə ana və ailədə xüsusi missiyası olan insandır. Qadınlarımız xalqımıza məxsus ailə ənənəsini, ailə nizamını qoruyub saxlamaq, onu daha uca tutmaq işində böyük gücə malik varlıqdır.
Qadınlar artıq həyatın bütün sahələrində çalışırlar. Onlar həkim, müəllim, hüquqşünas, müəssisə rəhbəri, millət vəkilidir.
Üzumü güclü, dözümlü olduğu qədər də incə olan qadınlara – Azərbaycan xanımlarına tutub deyirəm ki, hər zaman çöhrənizdən təbəssüm, sevinc, həyatınızdan səadət əskik olmasın, üzünüz gülsün.
Bir daha bayramınız mübarək, əziz xanımlar!
****
Məşhur Məmmədov Millət vəkili
Azərbaycan qadınları tarix boyunca cəmiyyətin inkişafında, dövlətçilik ənənələrinin qorunub saxlanılmasında, mədəniyyətin və elmin yüksəlişində mühüm rol oynayıb. Qadınlarımızın fədakarlığı və əzmkarlığı onların cəmiyyətimizin ayrılmaz bir hissəsinə çevrildiyini göstərir.
Bayramınız mübarək!
****
Soltan Məmmədov Millət vəkili
Əziz qadınlar!
Sizləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər zaman xoşbəxt və dəyərli olasınız!
****
Arzu Nağıyev Millət vəkili
Mahir Süleymanlı Millət vəkili
Azərbaycan qadını tarix boyu milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, elmin, mədəniyyətin və ictimai həyatın müxtəlif sahələrində fədakarlıq göstərmiş, cəmiyyətimizin dinamik inkişafına mühüm töhfələr vermişdir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Milli Məclisin sədri Sahibə xanım Qafarovanın və xanım deputat həmkarlarımın, eləcə də Milli Məclis aparatının qadın əməkdaşlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının analarının timsalında, ölkəmizin bütün qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti və həyatlarının hər sahəsində müvəffəqiyyətlər arzulayıram.
Hər zaman yenilikçi düşüncəsi, yaradıcılığı və sarsılmaz vətənpərvərliyi ilə seçilən Azərbaycan qadının bu müqəddəs missiyanı böyük məsuliyyət və fədakarlıqla davam etdirəcəyinə, xalqımızın rifahına, ölkəmizin davamlı inkişafına dəyərli töhfələr verəcəyinə inanıram.
Əziz xanımlar bayramınız mübarək!
*****
Nizami Səfərov Millət vəkili
Əziz qadınlar,
Başda şəhid anaları, bacıları və xanımları olmaqla sizləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, uzun ömür, firavan həyat arzulayıram! Bayramınız mübarək olsun!