media-te

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində İstehlak Mallarının Ekspertizası Mərkəzində İctimaiyyətlə iş şöbəsinin rəhbəri – mətbuat katibi təyin olunub.

Bu vəzifəyə Aytən Abdullayeva gətirilib.

Məlumatı onun özü də təsdiqləyib.

A.Abdullayava daha əvvəl Qarabağ Universietində çalışıb. O, 2024-cü ilin iyulunda Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunmuş, 2025-ci ilin avqustunda həmin vəzifədən ayrılmışdı.

Aytən Abdullayeva əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində çalışıb.

2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində işləyib.


media-728x90banner

Bənzər xəbərlər