“Əbədiyaşar Lider” adlı sərginin açılışı olub
Konstitusiya və Suverenlik ili çərçivəsində Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngırli adına sərgi salonunda Ümummilli Lider Heydər Əliyevin 102- illiyinə həsr olunmuş “Əbədiyaşar Lider” adlı sərginin açılışı olub.
XALQ.AZ xəbər verir ki, sərgidə, Milli Məclisin deputatı,Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, Yazıçılar Birliyinin sədri Asim Yadigar və Prezident təqaüdçüsü Tərlan Musayeva çıxış ediblər.
Çıxış əsnasında Ulu Öndər Heydər Əliyevin əbədiyaşar dühası haqqında geniş məlumat verilmiş və sərgiyə baxış olmuşdur. Sərgi ekspozisiyasında 50 yaxın iş sərgilənib.
Tədbirdə Dövlət, KİV və qəzet nümayəndələri, Naxçıvan MR Rəssamlar Birliyi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Heydər Əliyev adına Hərbi Lisey və Mirvarid Dilbazi adına Təşkilat iştirak etmişdir.