“Əcəmi Mal” qanunsuz necə artırıldı? – Ələsgər Rüstəmovun qanunsuzluğu
Paytaxtın Nəsimi rayonunda daha bir qanunsuz tikinti başa çatdırılıb.
Xalq.online xəbər verir ki, Nəsimi rayonu Hüseynbal Əliyev 24 ünvanında yerləşən “Əcəmi Mall” Ticarət Mərkəzinin 3-cü mərtəbəsi dəmir konstruksiyalar vasitəsilə artırlıb.
Bildirək ki, artırılan üçüncü mərtəbə qanunvericiliyə uyğun müvafiq tikinti icazəsi olmayıb. Ancaq buna baxmayaraq “Əcəmi Moll” aidiyyatı qurumların gözünün qarşısında tikildi. Məlumata görə “Əcəmi Mall”da qanunsuz tikintiyə nəzarəti Nəsimi Rayon İcra Hakimiyyətinin memarı Ələsgər Rüstəmov şəxsən özü vasitəçilik edirmiş.
Ələsgər Rüstəmov qanunsuz tikintiyə icazənin Nəsimi icra başçısı Tahir Budaqovun verdiyini bildirib.
Qeyd edək ki, “Əcəmi Mall” Ticarət Mərkəzinin 2-ci mərtəbəsi bu ilin əvvəlində qanunsuz olaraq artırılmışdı. Həmin artırılma ilə bağlı Dövlət Şəhərsalma və Arxektura Komitəsinin məlumat bazasında hər hansı bir məlumat yerləşdirilməmişdi.










