El ağsaqqaları,ziyalılar,gənclər ölkə başçısına minnətdarlıq edir
Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə 125 saylı Zəngilan – Qubadlı Seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İmamverdi İsmayılovdur.
XALQ.AZ-ın məlumatına görə, İmamverdi İsmayılovu el ağsaqalları,ziyalılar və rayon əhalisi tərəfindən ciddi dəstəkləndiyi bildirilir.
Altı çağırış Milli Məclisin deputatı olan İmamverdi İsmayılov daima seçicilərin problemləri ilə maraqlanaraq onların həll istiqamətində lazımi addımlar atıb.
30 il doğma yurdlarında uzaq düşən Zəngilan rayonunun əhalisi paytaxtda və bölgələrdə məskunlaşmaqlarına baxmayraq daim onların yanında olan İmamverdi İsmayılov bu gündə partiya rəhbərinin etimadını doğrultmağı üçün çalışır.
Bu gün “Böyük Qayıdış” uğurla icra olunur. Ölkə başçısının şəxsi nəzarəti ilə Qarabağ yenidən qurulur,və soydaşlarımız doğma yurdlarına qayıdırlar. 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində artıq öz doğma torpaqlarında səs verəcəklərini bildirən rayon əhalisi buna görə ölkə başçsı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.











