Elçin Lənbəranski deputatlığa namizəd oldu-Özəl xəbər
Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı açıqlanıb.
Siyahı açıqlandıqdan sonra siyasi partiyalar və seçkilərdə iştirak etmək istəyənlər hansı dairədən mübarizə aparacalqrını bildiriblər, və artıq namizədliklərini irəli sürənlər var.
Xeyriyyə aksiyalarının təşkilatçısı Elçin Lənbəranskidə 1 sentyabrda keçiriləcək növbədənkənar Parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.
XALQ.AZ xəbər verir ki, Elçin Lənbəranski 98 saylı Bərdə-Tərtər seçki dairəsindən namizədliyini irəli sürüb.
Bildirir ki, Elçin Lənbəranski 44 günlük Vətən Müharibəsi və pandemiya dövründə aztəminatlı ailələrə bir çox yardım aksiyalarının təşkilatçılığını həyata keçirib. Hal hazırda bu missiyanı uğurla həyata keçirir. Şəhid ailələri və qazilər üçün bir sıra lahiyələr həyata keçirib.
Qeyd edək ki, Elçin Lənbəranski 98 saylı Bərdə-Tərtər seçki dairəsində eks deputat “YAP”ın namizədi Xanlar Fətiyevlə mübarizə aparacaq.










