Əli Hüseynli plenar iclasda təqdim etdiyi bu qanunda dəyişiklik qəbul olundu
Milli Məclisin 2025-ci ilin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
XALQ.xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
Plenar iclasda Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (ikinci oxunuş) olduğunu deyib.
Məsələni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. O, adıçəkilən Konstitusiya Qanununun qəbulunun ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı olduğunu və bu öhdəliklərdən birinin qanunvericilik hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi və parlamentin hökumətə sorğu ilə müraciət etmək hüququnun təsbit olunması ilə əlaqədar olduğunu söyləyib. Komitə sədri qeyd edib ki, Prezidentin müvafiq fərmanı ilə Nazirlər Kabinetinin iş qaydaları təsdiq olunub və həm hesabata, həm də parlamentin Nazirlər Kabinetinin üzvlərinə sorğusuna dair məsələlər bu sənəddə öz əksini tapıb, eyni zamanda, Konstitusiya qanununda həmin iş qaydaları ilə bağlı müvafiq maddələr mövcuddur.
Müzakirəyə çıxarılan layihədə nəzərdə tutulan dəyişikliyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatının vaxtı iki orqan arasında razılaşdırılmaqla və hər iki orqanın iş qrafikinə daha uyğun vaxtda müəyyən ediləcək. Layihədə hesabatın verilməsi vaxtının martın 31-dək, yəni ilin I rübü ilə məhdudlaşıdırlması təklif olunur.
Müzakirələr zamanı deputat Aydın Hüseynov məsələ barədə öz fikirlərini açıqlayıb və komitə sədri Əli Hüseynli buna aydınlıq gətirdikdən sonra Konstitusiya Qanununun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.