Əli Hüseynlinin seçicilərlə görüşü davam edir
Deputatlığa namizəd Əli Hüseynli seçicilərə öncə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada nüfuz və söz sahibi olan qüdrətli dövlətə çevrilib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi irsinə sadiq olan Prezident İlham Əliyev bütöv və qüdrətli Azərbaycan naminə uğurlu siyasət həyata keçirməklə bir daha sübuta yetirib ki, O, sözü imzası qədər dəyərli olan Liderdir.
Əli Hüseynli seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə və firavan gələcəyə doğru birgə addımlamağa çağırıb.
Görüş zamanı çıxış edən seçicilər 1 sentyabr seçkilərində fəal iştirak edəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini diqqətə çatdırıblar. “Biz birlikdə güclüyük!”, – deyə vurğulanıb.
Qeyd edək ki, Əli Hüseynli rayonun Aran qəsəbəsində, Quşçu və Yəldili kəndlərində şəhid ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanaraq, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan şəxslərə daim xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdırıb.















