Milli Məclisin bitərəf deputatlarından olan Əli Məsimli də qarşıdan gələn parlament seçkilərində iştirak edəcək.

Məlumata görə, o 113 saylı Qax – Şəki seçki dairəsindən namizədliyini irəli sürüb. O, bundan əvvəl də Şəkidə deputat seçilib.

Qeyd edək ki, Əli Məsimli 2005-ci ildən Milli Məclisin deputatıdır.  Prezident İlham Əliyev Əli Məsimlini  ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edib. İqtisadiyyat elmləri namizədidir.


media-728x90banner

Bənzər xəbərlər