Əli Məsimlinin seçicilərlə görüşü keçirildi
Milli Məclisin deputatı Əli Məsimli dekabr ayının 1-də Qax rayonu Baş Layısqı kəndində seçicilərlə növbəti görüşünü keçirib.
XALQ.AZ məlumat verir ki,görüşdə həmçinin Baş Layısqı inzibati ərazi vahidinə daxil olan Cunut və Qumux kəndlərində yaşayan seçicilərdə iştirak edib.
Əli Məsimli, seçicilərinə Milli Məclisdəki fəaliyyəti barədə məlumat verib, qeyd edib ki, bu görüş növbəti il üçün dövlətimizin büdcəsinin və büdcə zərfinə daxil olan digər qanunların ikinci oxunuşda müzakirəsi öncəsi keçirildiyindən seçicilərin də mövqeyi və təklifləri gələcək fəaliyyətin qurulması baxımından olduqca önəmlidir. Görüşdə iştirak edən şəxslər Ünvanlı Dövlət Sosial Yardımın və əlilliyin təyin edilməsi,işsizlik,uşaqpulu,Cunut və Şin kəndlərinə qaz çəkilişi, Qumux kəndində bürokratik əngəllər səbəbindən qazlaşmayan evlərin qazlaşdırılması və s bağlı problemləri qaldırılmışlar.













