Əlibala Məhərrəmzadənin seçicilərlə görüşləri davam edir
Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 59 saylı Quba Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Əlibala Məhərrəmzadənin seçicilərlə görüşləri davam edir.
XALQ.AZ xəbər verir ki, bu barədə Əlibala Məhərrəmzadənin seçki qərargahından məlumat verilib.
Əlibala Məhərrəmzadə YAP Quba rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib. Daha sonra İqriq, Qalaxudat, Xınalıq kəndində seçicilələrlə görüşlər keçirən Əlibala Məhərrəmzadə onların da sosial qayğıları ilə maraqlanıb. Əlibala Məhərrəmzadə sosial lahiyələrin həyata keçirilməsi, problemlərinin həll olunması üçün bütün seçiciləri 1 sentyabrda keçiriləcək seçkidə aktiv iştirak etməyə çağırıb. Bu görüşlərdə Əlibala Məhərrəmzadə ilə yanaşı Yeni Azərbaycan Partiyasının Quba Rayon təşkilatının sədri Fidan Hüseynovada iştirak edib.






















