Ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva, sözün həqiqi mənasında, insanlıq, mərhəmət, nəciblik və şəfqət kimi ali insani dəyərlərin unikal harmoniyasını xarizmatik davranış norması ilə tamamlamağı bacaran bənzərsiz şəxsiyyətdir.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi olaraq dəyərləndirən mərhəmətli Mehriban xanım həmin uca dəyərlərin daşıyıcısı olaraq ölkə və beynəlxalq ictimai rəydə olduqca yüksək reytinqə malikdir.
Hörmətli Mehriban xanım xoşbəxtdir, çünki xalqının ümidini və inamını şərəflə doğruldur, öz misilsiz fəaliyyəti ilə müzəffər Prezidentimiz İlham Əliyevin gücünə güc qatır.
Bu həqiqəti Xalqımız və Prezidentimiz görür və yüksək dəyərləndirir.
Bu xüsusda adı imzası olan mərhəmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı arzulayır və Azərbaycan naminə bənzərsiz fəaliyyətində bol-bol uğurlar diləyirəm.
Elman NəsirovVI cağırış Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər