Elnur Allahverdiyev müharibə iştirakçıları ilə bağlı təklif verdi
Şəhid ailələri, qazilərimiz, müharibə veteranlarımızın gündəlik güzəranı ciddi diqqət tələb edən məsələdir.
Dövlətimiz bu kontingentdən olan vətəndaşlarımızın ehtiyaclarına xüsusi həssaslıqla yanaşır. Onların müalicə və bərpa prosesi, mənzillə təminatı, təqaüdlərin ayrılması kimi problemlər hər zaman gündəmdədir.
XALQ.AZ xəbər verir ki, Milli Məclisin plenar iclasında millət vəkili Elnur Allahverdiyev bu məsələyə bağlı çıxış edib.
Tarixi qələbə qazandığımız Vətən müharibəsindən sonra şəhid ailələri, müharibədə yaralanmış qazilərimizə ayrılan təqaüdlərin miqdarında ciddi artım oldu. Ancaq müharibə iştirakçılarının aldıqları təqaüd həmin səviyyədə qaldı. Bu, həm Birinci Qarabağ müharibəsi iştirakçılarına aiddir, həm də Vətən müharibəsi. Fikrimcə, biz bu məsələni bir daha müzakirə etməli, üzərində düşünməliyik və müharibə iştirakçılarının aldıqları təqaüdlərin artırılmasının mümkünlüyünü araşdırmalıyıq.










