Milli Məclisin deputatı Elnur Allahverdiyev qazilərlə görüşdü.

XALQ.AZ məlumat verir ki,bu barədə millət vəkili sosial hesabında yazıb. Elnur Allahverdiyev bildirib ki, bir qrup qazi və Vətən müharibəsi iştirakçısı ilə görüşüm oldu. Qəhrəman gənclərimizlə çay süfrəsi arxasında səmimi söhbət etdik. Belə görüşlər ənənə halını almaqdadır. Həm onlarla əyani tanışlıq imkanı yaradır, həm də Qarabağ uğrunda döyüşlərin iştirakçısı olmuş bu cəsur övladlarımızın qayğıları, onları narahat edən məsələləri birbaşa özlərindən dinləmək üçün yaxşı fürsətdir. Şükürlər olsun ki, işləri-gücləri, dolanışıqları var. Ailə həyatı quranı da var, hazırlaşanı da. Xoşbəxt olsunlar! Onlar Vətənin xilaskarı, hər birimizin başımızı dik tutmamızın, özümüzü qürurla qalib xalq saymağımızın səbəbkarıdırlar. Qazilərimizlə görüşlərim davam edəcək. Bəzilərinin evlərində olmuşam, qəbula gələnləri olub, yaxından tanış ola bilmişik. Dairəmizin hər bir Vətən müharibəsi iştirakçısını tanımaq niyyətindəyəm. Eşq olsun gənclərimizə və yenilməz ordumuza deyə deputat qeyd edib.


media-728x90banner

Bənzər xəbərlər