Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev , yerli hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Xuray kəndində antiterror əməliyyatı zamanı şəhid olan Elvin Qayıbovun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ordumuzun qələbəsindən söhbət açıb, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, bizlərə qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq və onların qəhrəmanlıq mirası gələcək nəsillər üçün nümunə olacaq.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.
Qeyd edək ki, Elvin Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


media-728x90banner

Bənzər xəbərlər