Elnur Rzayev yubilyarı təbrik etdi
Bəhram Ömərov Fəxri Fərmanla təltif edilib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakı və 75 illik yubileyi ilə əlaqədar Ömərov Bəhram Övsət oğlunu Fəxri Fərmanla təltif edib. Elnur Rzayev yubilyarın çoxillik məhsuldar əməyini və vətənpərvərliyini yüksək qiymətləndirərək ona möhkəm cansağlığı, ailə səadəti və yeni uğurlar arzulayıb.













