Elşad Həsənov vətəndaşlarla görüşüb
Paytaxtın Yasamal rayonunda sakinlər üçün may ayı üzrə növbəti səyyar qəbul keçirilib.
XALQ xəbər verir ki, qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, RİH-in vəzifəli şəxsləri, bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri iştirak ediblər.
RİH başçısı Elşad Həsənov sakinlərdən təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib. Yasamal rayonunun sakinləri dövlət ehtiyacları üçün satın alınan ərazilər, qəzalı evlərin təmiri, sosial təminat məsələləri, rayonda su təchizatı xəttlərinin cari vəziyyəti və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırıblar.
Qəbul zamanı İcra başçısı Elşad Həsənov müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair rayondakı qurum və xidmət rəhbərlərinə bir sıra göstərişlər verib. İcra başçısı vətəndaş məmnunluğunun təmin etməyin əsas hədəfləri olduğunu vurğulayıb.
Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.
















