“Elza toya pul əvəzinə kitab yazdırdı”
Aparıcı Nanə Ağamalıyeva “Şou ATV” verilişində Əməkdar artist Elza Seyidcahanla bağlı maraqlı məqamı açıqlayıb.
XALQ.AZ xəbər verir ki, proqramda imkanı olmayan gənclərin toyuna sənət adamlarını qonaq aparırlar. Məclislərdən birində Elza da yer alıb.
Nanə bildirib ki, Seyidcahan toya pul yazdırmaqdan boyun qaçırıb:
“Müğənni toya pul yazdırmalıdır. Hədiyyə də apara bilər. Amma Elza Seyidcahan pul aparmadı. Əvəzində öz şeirlər kitabını apardı”.