Əminə Ağazadə Kürdəmirdə seçicilərlə görüşdü
Milli Məclisin deputatı Əminə Ağazadə seçicilərlə görüşdü.
XALQ.AZ məlumat verir ki, millət vəkili Əminə Ağazadə Kürdəmirdə seçicilərlə fərdi qaydada görüş keçirib.
Seçicilərlə görüş zamanı onların müraciətləri diqqətlə dinlənilmiş və müvafiq qeydlər götürülmüşdür, qaldırdıqları məsələlərə qanunvericilik çərçivəsində baxılması məqsədilə aidiyyəti qurumlara sorğular göndəriləcəyi diqqətə çatdırılmışdır.