Əminə Ağazadə Pİ-nın 149-cu Assambleyasında çıxış edib.
Milli Məclisin deputatı Əminə Ağazadə Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxış edib.
XALQ.AZ məlumat verir ki, Pİ-nın 149-cu Assambleyası iclası keçirilib.
Deputat Əminə Ağazadə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri üçün elm, texnologiya və innovasiyalardan istifadə” mövzusunda çıxış edib. Həmçinin millət vəkili “Demokratiya və İnsan Hüquqları“ Komitəsinin Büro iclasında aparılan müzakirələrdə iştirak edib.
















