İyunun 13-də  Milli Məclisin  növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə danışıb. O, əvvəlki iki oxunuş zamanı məsələ barədə geniş məlumat verildiyini, komitəyə əlavə təklifin daxil olmadığını deyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Millət vəkili qeyd edib ki, layihə sağlamlığın qorunması hüququnun daha effektiv təmin edilməsi, həyat və sağlamlıq əleyhinə olan bəzi cinayətlərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.


media-728x90banner

Bənzər xəbərlər