İyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda keçirilən nazirlər görüşündə Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyev bildirib ki, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir.
44 günlük müharibə başa çatandan sonra Azərbaycan beş prinsipdən ibarət sülh təklifini Ermənistana təqdim edib. Amma Ermənistan sözdə sülh tərəfdarı kimi çıxış etsə də, əməldə havadarlarının dəstəyi ilə müxtəlif manipulyasiya və manevrlərlə həmin beş prinsipə əsaslanan sülh sazişinin imzalanmasından yayınmaqda davam edir. Yerinə yetirilməyən öhdəliklər arasında Zəngəzur dəhlizinin açılması məsələsi də xüsusi yer tutur.Azərbaycan Prezidentinin Qoşulma Hərəkatının görüşündə bu məsələləri növbəti dəfə qaldırması o deməkdir ki, əgər Ermənistan həqiqətən də Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, o zaman ən qısa müddətdə qeyri-qanuni erməni silahlı qüvvələri Qarabağı tərk etməlidir. Əks halda Azərbaycan BMT-nin 4 məlum qətnaməsini öz gücünə həyata keçirdiyi kimi, Ermənistanın üzərinə düşən öhdəlikləri icra etməsini,xüsusən də Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarılmasını da öz potensialı hesabına həyata keçirməkdə qərarlıdır.
Əli Məsimli 
Milli Məclisin deputatı 

media-728x90banner

Bənzər xəbərlər