Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlı qüvvələrinin nəzarətilə növbəti dəfə Xankəndi istiqamətində ermənilərin döyüş mövqelərinə qanunsuz şəkildə silah-sursat daşınıb.

Sülhəramlı kontingentin müşayiət etdiyi ermənilərin bu qanunsuz hərəkəti bölmələrimizin texniki müşahidə vasitələrilə qeydə alınıb.

Ermənilərlə əlbir olan rus hərbçilərinin qanunsuz hərəkətlərinə münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov  bildirib ki, Azərbaycan dövləti bu məsələ ilə bağlı dəfələrlə Rusiyaya etirazını bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının işi mülki əhalinin təhlükəsizliyini qorumaq olmalıdır, ancaq bunun əvəzinə terrorçuları qoruyurlar:

“Rusiya sülhməramlı qüvvələrinin qeyri-konstruktiv və səlahiyyətlərini aşan fəaliyyətləri nəticəsində Azərbaycan məhz Laçın dəhlizinin girişində nəzarət buraxılış məntəqəsi yaratdı. Üçtərəfli bəyannamədə də göstərildiyi kimi Laçın koridoru məhz humanitar missiyalar üçün açıq olmalı, insanların gediş-gəlişi təmin edilməlidir. Əgər Rusiya sülhməramlı qüvvələri öhdələrinə düşən missiyanı layiqincə yerinə yetirsəydilər, sərhəddə nəzarət – buraxılış məntəqəsinə də ehtiyac olmazdı. Azərbaycan tərəfi bununla separatçıların silahlanmasının qarşısını almağa müvəffəq olub”.

Ş.Ramaldanov deyib ki, ruslar erməni postlarında rotasiya fəaliyyətini həyata keçirir, ermənilərin təhlükəsiz şəkildə qanunsuz silah daşımasına imkan yaradırlar.

Onun fikrincə, terrorçulara dəstəksə beynəlxalq normalara da ziddir:

“Əvvəllər oraya Ermənistandan həm hərbçilər gəlirdi, həm də Rusiyanın müşayiətilə döyüş texnikası yerləşdirilirdi. Sülhməramlılar sabitliyi qorumaqla Qarabağda yaşayan azərbaycanlıların və ermənilərin reinteqrasiya prosesinə təkan verməlidirlər. Onlarsa buna mane olmağa çalışırlar. Rusiya sülhməramlı qüvvələrinin şəxsi heyətinin, hərbi texnikalarının sayı Azərbaycan tərəfi ilə razılaşdırılıb. Lakin yerləşdikləri ərazidə qanunsuz erməni silahlı birləşmələrinin separatçı fəaliyyətinə şərait yaratmaqla bölgədəki gərginliyi alovlandırırlar”.


media-728x90banner

Bənzər xəbərlər