Ermənistan Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmalıdır
“Nikol Paşinyanın Qurban bayramı münasibətilə tarixdə bir ilk olaraq Türkiyə və Azərbaycanı təbrik eməsi tarixi reallıqdır. Paşinyan anlayır ki, Ermənistanı xilas etməyin yeganə yolu Türkiyə və Azərbaycandan keçir”– bu fikirləri açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki. Paşinyan 5 ildən sonra öz siyasi kursunu dıəyişməyə məcbur olub.
“İkinci Qarabağ müharibəsinə qədər Şuşada içkili halda yallı gedər, “Qarabağ Ermənistandır” deyər, Cəbrayıla yol çəkməkdən dəm vurar, indi isə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edir! Bu Azərbaycan ordusunun yaratdığı reallıqdır! Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan xalqını ilk dəfə Qurban bayramı münasibətilə təbrik etdikdən və təbrik mesajında iki xalqa “sülh və firavanlıq” arzulamasından sonra özündə cəsarət tapıb Konstitusiyanı dəyişdirməklə bağlı qərar verməlidir. Sülhü yubatmaq Paşinyanın özünün ziyanınadır. Onun gələn ilin parlament seçkisinə qədər Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlamaq imkanı var. Bu halda bayramlar münasibətilə qarşılıqlı təbriklərin əhəmiyyəti olacaq.” – deyə Arzuman Murtadlı bildirib.