Ermənistan çıxılmaz vəziyyətdədir, bu gün ki reallıqla razılaşmalıdır
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə qəhrəman ordumuz torpaqlaırmızı təcavüzkar Ermənistanın işğalından azad etməklə təkcə Azərbaycanın ərazi bütövlüyünü təmin etməyib, etyni zamanda 30 ilə yaxın beynəlxalq təşkilatların, xüsusən də BMT TŞ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri yerinə yetirib. Çünki təcavüzkar Ermənistan beynəlxalq aləmin Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələri icra etməməklə beynəlxalq hüququ ayaqlar altına ataraq, işğalçılıq siyasətinə son vermək istəmirdi və belə bir niyyəti də yox idi. Təəssüflər olsun ki, beynəlxalq birlik də təcavüzkarın bu şıltaqlıqlarına ciddi reaksiya vermirdi. Prezident cənab İlham Əliyev isə bütün çıxışlarında isə Azərbaycanın işğal faktı ilə barışmayacağını və istnilən yolla işğala son verəcəyini bəyan edirdi. Beynəlxalq birlik təcavüzkara təzyiq edib, onun işğalçılıq siyasətindən çəkindirmədikdə Azərbaycan özü məcburiyyət qarşısında beynəlxalq hüququn ona verdiyi imkanlardan istiafdə edərək hərbi-siyasi yolla Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Bunun Azərbaycan həm ərazi bütövlüyünü bərpa etdi, həm Qarabağ münaqişəsini birdəfəlik həll etdi, həm də beynəlxalq təşkilatların gördüyü işi görmüş oldu”.
Bunu açıqlamasında millət vəkili Kamran Bayramov cənab Prezidentin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışını şərh edərkən deyib.

Millət vəkili əlavə edib ki, Azərbaycan torpaqlarının işğalından sonra dünya birliyi bir daha erməni vəhşiliyinin və barbarlığının şahidi oldu. “Çünki Ermənistan işğalçılıq siyasəti nəticəsində təkcə bəşəriyyətə qarşı hərbi cinayətlər, soyqırımlar törətmədi, onlar eyni zamanda bəşəri dəyərləri ayaqlar altında ataraq bəşəriyyətə qarşı dəhşətli cinayətlər törədib, bütün yaşayış məntəqlərini, tarixi-mədəni-dini abidələri məhv etməklə dünya mədəniyyətinə qarşı dəhşətli cinayətlər törədiblər. Ermənilər işğalçılıq siaysəti ilə yanaşı işğal etdiyi ərazilərdə ekoloji soyqırım həyata keçiriblər. Müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi olub. Ermənilər cinayətkar əməllərini bununla bitirməyərək müharibə dövründə dinc insanlara qarşı qadağan olunmuş ballistik raketlərdən istifadə edərək, kütləvi qırğın həyata keçirməyi planlaşdırırdı. Çəncənin, Bərdənin, Tərtərin və digrə şəhərlərin raket atəşinə tutulması bunun aydın ghöstəricisidir. Ermənistanın mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlər onların yürütdüyü siyasətin bəşəri dəyərlərdən kənar, insanlığa sığmayan faşist əməllərindən xəbər verir. Amma buna baxmayaraq Azərbaycan hərbi əməliyyatlar zamanı mülki insanları hədəf seçməyib və beynəlxalq humanitar qaydalara riayət edib. Məhz bunun nəticəsində ölkə başçısının dediyi kimi erməni tərəfində mülki insanlar arasında ən az sayda insan tələfatı olub”.
O qeyd edib ki, bu gün də Ermənistanda bəzi revanşist qüvvələr baş qaldırıb yenidən işğalçılıq siyasətini yürütmək arzusunda olduqlaırnı bildirirlər: “Amma unutmasınlar ki, ” dəmir yumruq” hazır vəziyyətdədir və bu yumruq baş qaldıracaq qüvvənin başına dəyəcək. Odur ki, Ermənistan 44 günlük müharibənin acı nəticələrindən dərs çıxarmalıdırlar. Yoxsa, onlaırn başına dəyəcək “dəmir yumruq” daha sarsıdıcı olacaq. Revanşist qüvvələr anlamalıdırlar ki, dəyəcək növəbti “dəmir yumruq” Ermənistan dövlətçiliyinin sonu demək olacaq.
Məsləhətim ondan ibarət olar ki, Qarabağ münaqişəsi artıq tarixdir və münaqişədən sonra bölgədə yeni bir situasiya yaranıb. Azərbaycanın əldə etdiyi qələbə ölkənin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb. Ermənistan da bu imkanlardan yararlanıb, iqtisadiyyaıtnı dirçəldib, üzləşdiyi xaosdan və böhrandan çıxmağa çalışsın. Bunun əksi isə Ermənistana yaxşı heç nə vəd etmir. Ermənistandakı siyasi qüvvələrin vəziyyəti dəyərləndirməyib yürüdülməyən siyasət böhranın dərinləşməsini, xaosu və dövlətçilyinin məhvini şərtləndirir. Reallıq bundan ibarətdir və Ermənistan tərəfi bunu yaxşı dərk edib bölgədə davamlı sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması üçün ilk növbədə Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmalıdır. Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmadan Ermənistanın sabahı yoxdur. Məhvə məhkumdur. Ona görə də Ermənistan iki seçimi var;- ya xoasu seçib məhv olmağı, ya da yaranmış situasiyadan faydalanıb sabahlarını qurub, inkişaf etməyi…”.










