Dekabrın 11-də İrəvandakı “Zvartnots” hava limanında Bakıya təyyarə reysinin olacağı barədə elanın verilməsi erməni sərnişinləri təəccübləndirib.

XALQ.AZ xəbər verir ki, erməni jurnalistlər belə bir reysin olub-olmadığını dəqiqləşdirmək üçün “Zvartnots” hava limanının mətbuat xidməti ilə əlaqə saxlayıblar.

“Zvartnots”un mətbuat xidməti İrəvandan Bakıya təyyarənin uçacağını təsdiqləyib:

“Bu, beynəlxalq təşkilatın sifarişi ilə həyata keçirilən çarter reysidir”, – deyə bildirilib.

Jurnalistlrə əvvəllər də Bakıya belə çarter reysinin olub-olmadığı ilə də maraqlanıblar.

“Bəli, əvvəllər də müxtəlif beynəlxalq təşkilatların sifarişi ilə Bakıya və Bakıdan İrəvana çarter reysləri həyata keçirilib”, – “Zvartnots”un əməkdaşı bildirib.

Qeyd edək ki, dekabrın 11-dəki təyyarə reysi yerli vaxtla saat 17:00-da gerçəkləşib.


media-728x90banner

Bənzər xəbərlər