Avropa Parlamentinin keçirilən sessiyalarında Azərbaycan qarşı növbəti qarayaxma kampaniyası davam edir. Bəzi deputatlar Azərbaycana qarşı heç bir əsası olmayan, səriştəsiz çıxışları xalqımızı Avropadan uzaqlaşdırmaq məqsədi daşıyır.

Bunu XALQ.AZ-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib.

Millət vəkili qeyd edib ki, AP-də çıxış edənlər bilmirdilər ki, Azərbaycanın tarixi ərazisi 30 il işğal altında olub vətəndaşları məcburi qaçqın düşüblər?

Belə kəskin heç birə əsası olmayan qətnamələr niyə Ermənistana qarşı qəbul olunmurdu,bunu necə qəbul edək? Azərbaycan müsəlman ölkəsi olduğu üçün ikilistandar və ikiliyanaşma davam etdirilməlidir. Ölkəmiz uğurla inkişaf edir, paytaxtda COP29  beynəlxalq tədbirin keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işləri aparılır, 100-dən çox ölkə başçısı və dövlət rəhbərləri Bakıya səfər edəcəklər. COP29-da Avropa İtiifaqına daxil olan ölkələrin nümayəndələridə iştirak edəcəkllər. Lakin bəzi Avropa ölkələrinin parlamentariləri erməni xisləti ilə gizli bir razılaşma əsasında belə çıxışları edərək özləri üçün divident qazanmaq siyasi aspektdən yalnış davranışdır.Bu kimi çıxışlar münasibətlərə ziddir deyə deputat qeyd edib.

Azərbaycanı Avropa İttifaqı ilə aparılan neft kontraktlarının dayandırılmasına çağırı isə sadəcə riyakar siyasətin nəticəsidir. Antidemokratik çağırışlar edən “xristian siyasətçilər”  bu gün çox narahatdır. Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində öhdəliyini uğurla icra edir. Amma onların əsası olmayan çıxışları Azərbaycan cəmiyyətində  kəskin etirazla qarşılanır. Avropa Parlamentinin qətnamələri və çıxış edən deputatları ifadələri heç də ölkəmizin dünyada artan nüfuzuna təsir etməyəcək deyə millət vəkili qeyd edib.


media-728x90banner

Bənzər xəbərlər