Milli Məclisin deputatı Fatma Yıldırım seçicilərlə növbəti görüşünü keçirib.
XALQ.AZ məlumat verir ki, millət vəkili Bərdə rayonu Alaçadırlı kəndində seçicilərilə görüşüb. Qəbul zamanı seçicilərin çoxsaylı müraciətlərini dinlənilib. Müraciətlər əsasən təhsil, səhiyyə, içməli və suvarma suyu, elektrik və yol infrastrukturunun yaxşılaşdırılması, kommunal məsələlər, işsizlik və özünüməşğulluq, sosial müdafiə məsələləri, torpaq məsələlərini əhatə edirdi. Sakinlərin problemləri diqqətlə dinlənilb və qeydə alınıb. Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri və aidiyyəti üzrə idarə rəhbərləri də qəbulda iştirak etmişdir. Bəzi məsələlər yerində həll olunub. Müraciətlərə görə aidiyyatı qurumlara sorğu göndəriləcək. Növbəti vətəndaş qəbulu noyabrın 7-də Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında keçiriləcək.

media-728x90banner

Bənzər xəbərlər

Bərdə rayon Heydər Əliyev Mərkəzində növbəti vətəndaş qəbulunu həyata keçirdik. Görüş zamanı Bərdə sakinlərinin problemlərini diqqətlə dinləyib, müraciətlərini qeydə aldıq.

XALQ.AZ xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib.

“Bəzi məsələlər aidiyyəti qurumlara yönləndirilməklə yerindəcə həllini tapmışdır. Seçicilərimizlə növbəti görüşlərimiz təmsil etdiyimiz ərazi üzrə kəndlərdə təşkil olunacaq. Qeyd etmək istəyirəm ki, seçicilərimizlə ünsiyyət qurmaq və onların problemləri ilə maraqlanmaq fəaliyyətimizin daima prioritet istiqaməti olacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

XALQ.AZ


media-728x90banner

Bənzər xəbərlər