Fatma Yıldırım seçicilərlə görüşdü
Milli Məclisin deputatı Fatma Yıldırım seçicilərlə görüşüb.
XALQ.AZ xəbər verir ki, qəbulda 42 nəfər Bərdə sakini iştirak etmişdir və onların çoxsaylı müraciətləri dinlənilmişdir. Müraciətlər əsasən təhsil, suvarma və içməli su, kabelləşmə, yol infrastrukturunun yaxşılaşdırılması, kommunal məsələlər, işsizlik və özünüməşğulluq, sosial müdafiə məsələləri, məişət şəraitinin yaxşılaşdırılması, torpaq məsələlərini əhatə edirdi.
Sakinlərin problemləri diqqətlə dinlənildi və qeydə alındı. Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri və aidiyyəti üzrə idarə rəhbərləri də qəbulda iştirak etmişdir. Bəzi məsələlər yerində həll olundu. Digər müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.
Növbəti vətəndaş qəbulumuz dekabrın 9-da keçiriləcək.




























