Fədakarlıq və qətiyyətlə şərəfli vəzifələrini ləyaqətlə yerinə yetirirlər......
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü tamam olur.
XALQ.AZ xəbər verir ki,millət vəkilləri, ictimayyət nümayəndələri təhlükəsizlik orqanları fəəaliyyətlərini belə qiymətləndirilər
****
Ülviyyə Həmzəyeva
Millət vəkili
Bu gün Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günüdür. Bu münasibətlə dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşlarını və veteranlarını təbrik edir, Vətənimizə, dövlətimizə şərəfli xidmətlərində uğurlar arzu edirik!
“Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Çünki təhlükəsizlik təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda yüksək səlahiyyətə malikdirlər. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin”.
Ümummilli Lider Heydər Əliyev
*****
Müşfiq Məmmədli
Millət vəkili
28 mart – Dövlət Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günüdür.
Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizlik sahəsində görülən işlərin nəticəsində Azərbaycanın hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilməsində, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi rolu vardır. Bu münasibətlə təhlükəsizlik əməkdaşlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram
*****
Mahir Süleymanlı
Millət vəkili
Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümüdür.
Dövlətimizin suverenliyinin, milli təhlükəsizliyimizin və ictimai sabitliyimizin qorunmasında mühüm rol oynayan təhlükəsizlik orqanlarının əməkdaşları yüksək peşəkarlıq, fədakarlıq və qətiyyət nümayiş etdirərək şərəfli vəzifələrini ləyaqətlə yerinə yetirirlər. Bu əlamətdar gündə general-polkovnik cənab Əli Nağıyev başda olmaqla, bütün təhlükəsizlik orqanları əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, daha böyük uğurlar və məsuliyyətli fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram!
*****
Afət Həsənova
Milli Məclisin deputatı
Təhlükəsizlik, sabitlik hər bir dövlət qarşısında ən ümdə vəzifə olaraq dayanır.“Ona görə ki, hər bir dövlətin uğurlu inkişafının, insanların xöşbəxt və firavan yaşamasının təməlində məhz təhlükəsizlik, sabitlik dayanır. Böyük fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan təhlükəsizlik baxımından dünyanın qabaqcıl ölkələri sırasındadır. Ölkəmizin bu uğurunun əldə olunmasında bu gün 106 illiyini qeyd etdiyimiz Azərbaycan təhlükəsizlik orqanlarının böyük rolu və əməyi vardır”.Azərbaycan xalqı və dövləti təhlükəsizlik orqanlarının fəaliyyətinə yüksək qiymət verir və onların ölkənin sabitliyi və rifahı naminə gördüyü işləri daim dəstəkləyir. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıram!”.
*****