Federasiya prezidenti Azər Həsənov və bu şəxslər Türkiyədə saxlanıldı
Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin mayın 28-də Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində 6 nəfər həbs edilib.
XALQ bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, hadisəyə görə həbs edilənlərin Azərbaycan universal döyüş federasiyasının prezidenti Azər Həsənov, Eynulla Babazadə, Məhəmməd Qaitayev, Fuad Babayev, Rəşad Səlimov və Vüqar Əsədov olduqları bildirilir.
Onlar “qəsdən adam öldürməyə cəhd” maddəsi üzrə ittiham edilərək həbs olunublar.
Qeyd edək ki, Antalyada keçirilən IFMA versiyası üzrə dünya çempionatı zamanı Azərbaycan Muay-Tay Federasiyasının prezidenti Araz Musayevə qarşı silahlı hücum təşkil olunub.