Xüsusi əməliyyat keçirildi, keçmiş icra başçısı saxlanıldı
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Gəncə şəhərində əməliyyat keçirib.

XALQ.AZ-ın məlumata görə, keçirilən əməliyyat nəticəsində Elmar Vəliyevin icra başçısı olduğu dönəmdə Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş şəxslər – Məharət Mustafayev və Əli Rüstəmli saxlanılıblar.

Qeyd edək ki, hər iki şəxs E. Vəliyevin yaxın adamları hesab olunur.
Əlavə məlumat veriləcək.










