General Milli Məclisdə insan alveri mübarizəsi ilə bağlı hesabat verəcək
Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytentı Seyfulla Əzimov Milli Məclisdə hesabat verəcək.
XALQ.AZ xəbər verir ki, bunu spiker Sahibə Qafarova bu gün keçirilən parlamentin iclasında bildirib.
Parlamentin sədri qeyd edib ki, Milli Məclisin iclaslarından birində 2024-cü il üzrə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru illik hesabat verəcək.











