Göydəniz Qəhramanov gənclərlə görüşdü
Milli Məclisin deputatı Göydəniz Qəhramanov gənclərlə görüş keçirdi.
XALQ.AZ məlumat verir ki, Milli Məclisin deputatı Göydəniz Qəhramanov 2 Fevral – Gənclər Günü ərəfəsində Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüş keçirib.
Millət vəkili bildirib ki,səmimi ortamda keçən görüşdə gənclərə Ulu Öndər Heydər Əliyevin Respublikamıza rəhbərlik etdiyi dövrlərdə gənclər siyasətində atdığı əmin və uzaqgörən addımlar barədə məlumat verdim. Bildirdim ki, məhz Ümummilli liderin təşəbbüsü ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı ildə ilk dəfə Azərbaycan gənclərinin forumu keçirildi, 1997-ci ildə isə 2 Fevral – Gənclər Günü kimi təsdiq edildi.
Deputat çıxışı zamanı zamanı qeyd edib ki, Ulu Öndərin layiqli davamçısı, ölkə başçımız cənab İlham Əliyev daim gənclərin milli və vətənpərvər ruhda, xalqımızın ənənəvi dəyərləri əsasında formalaşdırılmasına çağırışlar edir, gənclər siyasətində ölkəmizi yüksək nəiliyyətlərə aparan addımlar haqda danışdım. Bunun nəticəsidir ki ölkə başçısının tapşırığı ilə gənclər siyasəti ilə bağlı bir çox Dövlət Proqramları uğurla icra edilir deyə bildirib.
Millət vəkili Göydəniz Qəhramnaov qeyd edib ki, Birinci-vitse prezident Mehriban xanım Əliyeva istər ictimai-siyasi fəaliyyətində, istərsə də Heydər Əliyev Fondunun prezidenti olaraq gənc nəslin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxlayır.
Görüşdə tələblərin sosial həyatları və ixtisasları barədə söhbətlər apardıq, onların suallarını cavablandırdım, təkliflərini dinlədim. Sonda bir daha əziz gənclərimizi 2 Fevral – Gənclər Günü münasibətilə təbrik etdim, onlara təhsillərində müvəffəqiyyətlər arzuladım deyə millət vəkili bildirib.


















