Sentyabrın 23-də Prezident Cənab İlham Əliyevin iştirakı ilə VII çağırış Milli Məclisin ilk iclası keçirildi. İclasda ölkə başçısı geniş nitq söylədi və yeddinci çağırış Milli Məclisin öz işinə başlaması münasibətilə bütün deputatları təbrik etdi, onlara uğurlar arzuladı.
İclasda həmçinin Sahibə xanım Qafarova Milli Məclisin sədri, müavinləri, Komitələrin sədrləri və müavinləri seçildilər.
Fürsətdən istifadə edərək Milli Məclisə seçilən deputatları təbrik edir, işlərində uğurlar arzulayıram.
Beləliklə, Millət vəkili kimi parlamentdə təmsil olunub, səlahiyyətlərimin icrasına başlayıram.
İlk olaraq mənə etimad göstərən və inanan seçicilərimə minnətdarlığımı bildirirəm. Eyni zamanda mənə mənəvi dəstək olan turizm sənayesinin nümayəndələrinə təşəkkürümü çatdırıram.
Artıq həyatımda və fəaliyyətimdə yeni bir səhifə açılır, çox məsuliyətdi mərhələyə keçid edirəm. Seçki kampaniyası dövründə sakinlərlə keçirdiyim görüşlərdə bir çox məsələləri, onların istək və arzularını dinlədim.
Sakinlərin müraciətlərinə diqqət və həssaslıqla yanaşacağıma, şəhid və qazi ailələrini daim diqqətdə saxlayacağıma, şəhərimizin abadlaşdırılmasına və gözəlləşməsinə, eləcə də gənclər arasında məşğulluğun təmin olunmasına, dövlət-özəl sektor arasında əlaqələrin genişləndirilməsinə səlahiyyətlərim çərçivəsində dəstək olacağıma, qaldırılan məsələlərin həll olunması üçün öz səylərimi əsirgəməyəcəyəm.
Bununla yanaşı ölkə turizminin tərəqqisinə, Azərbaycanın dünyada tanıdılmasına, turizmin əlçatanlığının təmin olunmasına, əldə etdiyim geniş təcrübələr, bilik və bacarığım sayəsində bu sektorun inkişafı istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsinə bundan sonra da öz töhfəmi verəcəyəm.
Vətənimizə xeyirli və uğurlu olsun!
 
Göydəniz Qəhrəmanov
 Milli Məclisin deputatı

media-728x90banner

Bənzər xəbərlər