Günay Ağamalı şəhid ailəsini ziyarət etdi,seçicilərlə görüş keçirdi
Milli Məclisin deputatı Günay Ağamalının Neftçala rayonunun Qaraqaşlı kəndində seçicilərlə görüşü keçirilib.
XALQ.AZ xəbər verir ki, öncə torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.
Daha sonra Millət Vəkili seçicilərin qaldırdığı cari problemləri və təklifləri dinləyub, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini diqqətə çatdırıb.
Ümumi tərkibli görüşün ardınca Şəhid Mənəfov Şahmar Vidadi oğlunun ailəsi ziyarət edilib. Millət vəkili şəhidin ailəsinin sosial durumu ilə maraqlanıb.




















