Deputatlığa namizəd Günay Ağamalı 20 Avqust 2024-cü ildə Salyan rayonunda seçicilərlə növbəti görüşünü keçirdi.
Görüşdə ilk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova və Günaydın Əhədova namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına geniş məlumat verdilər.
Görüşdə çıxış edən Günay Ağamalı salyanlıların hər zaman xalqına, dövlətçiliyinə çox bağlı və qonaqpərvər olduqlarını söylədi.
Günay Ağamalı təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi bütün görüşlərdə salyanlılardan böyük dəstək, səmimi münasibət gördüyünü və bunun onda qürur doğurduğunu böyük məmnuniyyətlə etiraf etdi. O, deputatlığa namizədliyinin Ana Vətən Partiyası tərəfindən 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə irəli sürüldüyünü bildirərək, Ulu Öndərimizin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərini, müasir Azərbaycan dövlətinin banisi və memarı olduğunu və bu siyasi irsin davamçısı, Azərbaycanımızı dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevirən cənab Prezident İlham Əliyevin və onunla hər zaman birgə olan və onunla qoşa addımlayan, dövlətçiliyimizə ciddi töhfələr verən birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın fəaliyyəti üzərində də geniş dayandı.
O, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində həmrəylik nümayiş etdirərək, xalq-dövlət-ordu birliyi ilə düşmən üzərində əldə etdiyi tarixi Qələbəni iftixar hissi ilə görüş iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra, Günay Ağamalı seçki platformasının vacib məqamları üzərində dayanaraq söylədi ki, əgər etimad qazanıb deputat seçilərsə səlahiyyətləri çərçivəsində seçicilərin problemlərinin həllində fəal iştirak edəcək, hər zaman onlarla bərabər olacaqdır.
Günay Ağamalının seçicilərə xitabən söylədiyi: “Gəlin birlikdə millətimizə, dövlətimizə sədaqətlə xidmət edək” sözləri görüş iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.
****
Deputatlığa namizəd Günay Ağamalı 20 Avqust 2024-cü ildə Salyan rayonunun Qızılağac kəndində seçicilərlə görüşdü.
Görüşdə ilk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, Günaydın Əhədova və Mehman Əsədov namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verdilər.
Görüşdə çıxış edən Günay Ağamalı verdikləri dəstəyə və görüşə gəldikləri üçün seçicilərə minnətdarlığını bildirdi və seçicilərlə keçirdiyi bütün görüşlərdə salyanlılardan xoş, səmimi münasibət gördüyüni, hər bir evdə böyük qonaqpərvərliklə qarşılandığını söylədi.
Təmsil etdiyi Ana Vətən Partiyası tərəfindən sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə namizədliyinin verilməsini diqqətə çatdiraraq söylədi ki, biz Ulu Öndərimiz Heydər Əliyevin yaradıcısı olduğu müqəddəs yolun yolçularıyıq və davamçılarıyıq. Cənab Prezident İlham Əliyev və birinci Vitse-Prezident Mehriban Xanım Əliyeva Ümummilli Liderin müqəddəs yolu olan dövlətçilik konsepsiyasını və siyasi kursunu uğurla davam etdirirlər.
O çıxışında: “Azərbaycanın 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti, Milli Ordumuzun rəşadəti, xalqımızın həmrəyliyi ilə öz gücünü və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi, erməni işğalına son qoyaraq, tarixi Qələbəmizi təmin etdi” fikirlərini xüsusi olaraq önə çəkdi.
Daha sonra deputatlığa namizəd seçki platformasını görüş iştirakçılarının diqqətinə çatdırdı. O, plafatformasının Salyan-Biləsuvar-Neftçala rayonlarında erkən nigah, peşə təhsili, şəhid ailələrinə, yaşlı insanalara, kimsəsiz qocalara diqqət yetirilməsi, qadın və uşaqların hüquqlarının müdafiəsi, sahibkarlığın və özəl sektorun inkişafına dəstək və digər məsələləri əhatə etdiyini söylədi.
Günay Ağamalının digər görüşlərdə olduğu kimi bu görüşdə də söylədiyi: “Çlışacağam ki, sizlərdən biri olum, sizin səsiniz, sizin sözünüz, sizin haqqınız, sizin hüquqlarınızın müdafiəçisi olum” kimi sözləri seçicilər tərəfindən alqışlarla qarşılandı.
O, görüşün sonunda seçiciləri qarşıdan gələn növbədənkənar parlament seçkilərində fəal iştirkak etməyə çağırdı.
Görüşdə iştirak edən seçicilər sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə fəal iştrak edəçəklərini və Günay Ağamalıya səs verəcəklərini bildirdilər.
Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.

media-728x90banner

Bənzər xəbərlər