media-401262_yxzvrphfhl

Günay Əfəndiyeva Qazaxıstan Respublikasının Astana şəhərinə səfəri çərçivəsində ölkənin elm və ali təhsil naziri Sayasat Nurbek ilə görüşüb.

Görüş zamanı Qazaxıstanın yeni birpalatalı parlamenti olan Kurultaya keçirilən seçkilərin tarixi əhəmiyyəti vurğulanıb.

Tərəflər arasında Azərbaycan-Qazaxıstan münasibətləri, xüsusilə elm, ali təhsil və akademik tərəfdaşlıq sahələrində mövcud əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə iki qardaş ölkə arasında ali təhsil müəssisələri, elmi-tədqiqat qurumları və akademik dairələr arasında əlaqələrin genişləndirilməsinin, tələbə və müəllim mübadiləsinin, birgə elmi layihələrin və digər qarşılıqlı təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.

Günay Əfəndiyeva Azərbaycan ilə Qazaxıstan arasında tarixi, mədəni və mənəvi bağların möhkəm təməl üzərində inkişaf etdiyini qeyd edərək, elm və təhsil sahəsində əməkdaşlığın Türk dünyasının inteqrasiya prosesinə mühüm töhfə verdiyini bildirib.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam edib.


media-728x90banner

Bənzər xəbərlər