Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Artıq seçkidə iştirak edənlərin namizədliyi qeydə alınır.
XALQ.AZ xəbər verir ki,  Günay Elçin qızı Əfəndiyeva  14 saylı Xəzər – Pirallahı seçki Dairəsindən namizədliyi qeydə alınıb.
Gunay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti, diplomatdır.

G.Əfəndiyeva 4 il (2004-2008) Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb. Daha sonra o diplomatik fəaliyyətini Azərbaycanda davam etdirib.Bakıda YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsinə təyin olunub O, 2022-ci ilədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub.


media-728x90banner

Bənzər xəbərlər