Yanvarın 29-u Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Qeyd edək ki, budəfəki seçkidə bələdiyyələrin sayı 2 dəfədən çox azaldılıb. Səsvermə 685 bələdiyyə üzrə olacaq.

Yeni formalaşan bələdiyyələr əvvəlki bələdiyyələrin borclarını da üzərinə götürmüş olacaq. Onların borcunu kim ödəyəcək?  Bu seçkilərdə 685 bələdiyyə formalaşdırılacaq.

XALQ.AZ məlumat verir ki,bu gün Azərbaycanda 1000-ə yaxın bələdiyyənin Dövlət Sosial Müdafiə Fonduna 6 milyon manat ətrafında borcu var. Nəzərə alaq ki, burada əməkhaqqı borcu olan müəyyən bələdiyyələr də var.

 Hansı bələdiyyələrin borcları var?  Bunula bağlı araşdırmalarımız aparılır, borcu olan və əməkhaaqı ödənilməyən bələdiyyələrlə bağlı məlumat veriləcək.


media-728x90banner

Bənzər xəbərlər