media-usaq

Lənkəranda 2 yaşlı uşağı elektrik cərəyanı vurub.

XALQ.AZ APA-ya istinadən xəbər verir ki, Sabirabad rayon sakini 2023-cü il təvəllüdlü A.Səmədzadə (qız uşağı) elektrik cərəyanı vurması nəticəsində ürək dayanması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

media-cerr

Uşağa ilkin tibbi xidmətlər göstərilib və ürək fəaliyyəti uğurla bərpa olunub.

media-usaq

Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib ki, elektrik cərəyanı vurması səbəbi ilə 2023-cü il təvəllüdlü azyaşlı şöbəyə daxil olarkən həyat əlamətləri olmayıb, Təcili yardım şöbəsinin həkimlərinin uğurlu müdaxiləsi nəticəsində uşağa dərhal ürək ağciyər reanimasiyası tətbiq olub.

media-cerr

Müdaxilələrdən sonra azyaşlının ürək fəaliyyəti bərpa olunub, vəziyyəti stabilləşib, Reanimasiya şöbəsinə yerləşdirilib.

Daha sonra azyaşlı Bakı şəhərində yerləşən Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.


media-728x90banner

Bənzər xəbərlər