Hərbi hissə komandiri həbs olundu
N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub.
XALQ.AZ Bizim.Media-ya istinadən xəbər verir ki, bununla bağlı Hərbi Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə qərar elan olunub.
Belə ki, S. Həziyev barəsində Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsinə əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, S. Həziyev Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı general-polkovnik Kərəm Mustafayevin yaxın adamı hesab olunur.