Hökməlidə qanunsuz tikilən evlərə kim icazə verib?
Abşeron rayonunda qanunsuz evlər tikilir kreditlər satılır.
İddia olunur ki, maklerlər Abşeron rayon icra hakimiyyətinin səlahiyyətli şəxsləri ilə anlaşaraq qanunsuz tikintilərini rahat şəkildə həyata keçirirlər
XALQ-a daxil olan məlumata görə Abşeron rayonu Hökməli qəsəbəsində qanunsuz tikilən evlərlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyini məlumat bazasında heç bir qeyd yoxdur.
Məsələ ilə bağlı Abşeron rayon icra Hakimiyyətindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən heç bir açıqlama almaq mümkün olmadı.
Qeyd edək ki, 2022-ci ildən Abşeron rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.
Qurumların fikirlərini dərc etməyə hazırıq.
Həmin qanunsuz tikilən evlərin görüntülərini təqdim edirik: