Hövsanda qanunsuz betonlanma işləri aparan iş icracısı Şahid Eyyubov kimlərin sifarişini icra edir?
Suraxanı rayonu ərazisində qanunsuz tikintilərin aparılması ilə bağlı mətbuatda və sosial platformalarda mütəmadi xəbərlər dərc olunmaqdadır. Bu qanunsuz tikintilərin qarşısı alınmır.
XALQ məlumat verir ki qanunsuz tikintilərə şərait yaradılıb. Hal-hazırda isə Suraxanı rayonu Zığ-Hövsan yolunda qanunsuz qazıntı və betonlanma işləri aparılıraq inşa işlərinə hazırlıq gedir
Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Suraxanı rayonu Hövsanda hansı məmur razılığı ilə inşa işləri aparıdığı bilinmir.
Qeyd edək ki, qanunsuz tikintilərə Suraxanı rayon İcra Hakimiyyəti hansı şərtlərlə icazə verdiyi müəmmalıdır
Suraxanı icra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı.
Ərazidə qazıntı və betonlanma işləri aparıan iş icraçısı Şahid Eyyubov XALQ-a bildirib ki, bu inşa işləri sifarişlə görülür lakin məlumatım yoxdur hansı şirkət verib və müqavilə bağlanılmayıb.
Aidiyyatı qurumların fikirlərinidə dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik:










