media-husee

 

“Papaq Lounge”restoranında 20 yanvar hüzn günü niyə tarixə və milli dəyərlərə hörmət olunmur?

Bu kimi halların, tariximizə biganəliyin  ifşa olunub qarşısı alınmalıdır….

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə…  Həmin gecə Azərbaycan xalqı tarix yazırdı.

Həmin gecə xalq öz müqəddəratını özü həll edirdi. Əliyalın insanlar azğınlaşmış sovet ordusunun tanklarının, silahlarının qarşısına çıxmışdı.

Həmin gecə analar övladlarını, körpələr atalarını, gənc qadınlar həyat yoldaşlarını itirdi. Bu xalq müstəqilliyi şənliklə yox, qanı ilə qazandı. Bu dövlət məclislərlə yox, şəhidlərin cənazələri üzərindən quruldu.

20 Yanvar – Azərbaycan xalqının yaddaşına qanla yazılmış, heç vaxt silinməyəcək bir tarixdir.  20 yanvar  hüzn günüdür. Bu gün sükut günüdür. Bu gün hörmət günüdür.

Amma görünən odur ki, bunu hələ də anlamayanlar var. 

XALQ  olaraq “Papaq Lounge” adlı məkanda “Vur partlasın, çal oynasın” başlıqlı xəbər paylaşmışıq.

Xəbərdə yer alan video görüntülər 19 yanvardan 20 yanvara keçən gecə, saat 03:47-də, məhz “Papaq Lounge”da olan müştərilərdən birinin Tik-tok platformasında  açdığı canlı yayım əsasında hazırlanıb. Videoda şəxslərin üzləri bağlanıb masada olan içki məclisində iştirak edən gənclər xarici ölkənin vətəndaşı ola bilər amma və lakin….

Videolarda, içki var, məclis var, əyləncə var, 20 Yanvar gecəsinə zidd olan hər şey açıq-aydın ortadadır.

 

Bundan sonra özünü “Papaq Lounge”un sahibi kimi təqdim edən blogger Hüseyn Əzizoğlu özünü instagram səhifəsində video paylaşaraq bildirib ki guya məkanda heç bir musiqi olmayıb, məclis keçirilməyib,“Papaq Lounge” 19-dan 20-nə keçən gecə fəaliyyətini dayandırıb.

 

Hüseyn Əzizoğlu ya gecikir, ya da tələsir. 

Biz onu qınamırıq. Çünki onun yaşı 20 Yanvarın nə olduğunu dərindən dərk etməyə yetmir. Hüseyn Əzizoğlu dünyaya gələndə xalq 20 Yanvar şəhidlərinin 5-ci il dönümünü qeyd edirdi, məktəbə gedəndə isə 11 illiyini.

Sadəcə xatırladırıq, 20 Yanvar TikTok üçün kontent deyil, 20 Yanvar PR mövzusu deyil, 20 Yanvar “story”lik gün deyil. Bu gün hüzn günüdür və bu hüznə hörmət etmək hər kəsin borcudur.

Əgər Hüseyn Əzizoğlu israrla iddia edirsə ki, “heç nə olmayıb”,  “bu böhtandır”,  “video yalandır” – buyursun.

Meydan açıqdır. Canlı yayım görüntüləri var, videolar mövcuddur, sübutlar ortada, masaların üzərindəki içkilər də tən ortada.

Hansı formada istəyirsinizsə, araşdırılsın.

 ƏZİZ  Hüseyn Əzizoğlu, 20 Yanvar günü belə hallara yol vermək, İnstagram, TikTok videosu çəkməyə bənzəmir.  Bu xalq hər şeyi unuda bilər, amma şəhidlərini heç vaxt.

Qeyd edək hüquq-mühafizə orqanları belə davranış sərgiləyənlərlə bağlı mütəmadi profilaktik tədbirlər keçirir. İnanırıq ki, bu hadisədə qanunvericiliyə uyğun olaraq  araşdırılacaq və lazımi tədbirlər görüləcək.

Videoqeydiyyatı aidiyyatı qurumlara təqdim etməyə hazırıq.

Qeyd edək ki,  “Papaq Lounge” restoranlar şəbəkəsinin  əsl sahibinin kimliyi uzun müddətdətdir müəmmalı qalır apardığımız araşdırmalar zamanı müəyyən məlumatlar bəlli olub.  Bu barədə daha ətraflı məlumat veriləcək.


media-728x90banner

Bənzər xəbərlər