İbrahim Tatlısəs evsiz qaldı
Müğənni İbrahim Tatlısəs ev axtarışındadır.
Xalq.az Axşam.az istinadən xəbər verir ki, bir neçə gün əvvəl Ayşəgül Yıldızla boşanan sənətçi birlikdə qaldıqları evi keçmiş xanımı və qızları Elifə saxlayıb.
Tatlısəs evdən heç bir əşya götürməyib. Ötən ilin martında başından güllələnən müğənni tez-tez həkim müayinəsindən keçdiyi üçün İstanbula yaxın məkanda ev almaq istəyir.
Ayşəgül Yıldız isə İ. Tatlısəslə iş əlaqələrini də kəsib. 2011-ci ildə “Tatlısəs kabab”a rəhbərlik etməyə başlayan Yıldız şirkətdən ayrılıb.











