Finlandiyanın Espoo şəhərində azərbaycanlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

media-911

XALQ xəbər verir ki, bu barədə Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrlərindən Arzu Oqtay feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, hadisə avqustun 29-da qeydə alınıb. O, qadının amansızlıqla qətlə yetirildiyini bildirib.

Adı açıqlanmayan 30 yaşlı qadının iki uşaq anası olduğu bildirilir.

Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


media-728x90banner

Bənzər xəbərlər