İlham Əliyev “Qarabağ”ı təbrik etdi: Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil…
Prezident İlham Əliyev Qarabağı təbrik etdi.
XALQ xəbər verir ki, Prezident İlham Əliyev sosial hesabında Qarabağ UEFA Çempionlar Liqasında növbəti qələbəsi münasibəti ilə paylaşım edib.
Həmin paylaşımı təqdim edirik:
Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm!
Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar.
Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! deyə Prezident İlham Əliyev paylaşımında qeyd edib.











