Bu gün cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür. İlham Əliyevin prezident seçilməsi ölkəmizin siyasi və iqtisadi inkişafında yeni bir dönəm başlatdı”.

Bunu  Milli Məclisin deputatı  Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyev 21 ilə yaxındır, dövlətimizə rəhbərlik edir:

“21 il ərzində hərbi gücümüz artdı, iqtisadiyyatımız inkişaf etdi, ölkəmiz dünyada nüfuz və söz sahibi olan dövlətə çevrildi. Keçən 21 ilə nəzər salsaq görərik ki, cənab prezident İlham Əliyev dövlət başçısı seçildiyi gündən bu günə qədər xalqa verdiyi bütün vədləri yerinə yetirib. Ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub. Vətəndaşların sosial durumu daha da yaxşılaşıb. Azərbaycanın siyasi və iqtisadi imkanları genişləndirilib. Ən önəmlisi Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində atdığı addımlar sayəsində bu ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub”.

Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib:

“Regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın milli maraqları nəzərə alınmaqla həyata keçirilir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi də cənab prezident Cənab Prezident İlham Əliyevin 21 il ərzində həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Bu gün qarşıya qoyulan hədəflərimiz var. Əminəm ki, cənab prezident İlham Əliyevlə bundan sonra da qarşıya qoyduğumuz hədəflərə çatacağıq”.


media-728x90banner

Bənzər xəbərlər